Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 69 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 3 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 822 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 339 nəfər müalicə olunaraq sağalıb, hazırda 412 aktiv xəstə var. Bu günə qədər 9 935 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 780, bu günə qədər isə ümumilikdə 7 293 381 test icra olunub.