Bir müddət əvvəl sosial şəbəkələrdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayevanın şagirdlərin birini döyməsi və mobil telefonunu qırması barədə məlumat yayılmışdı. Hadisədən sonra direktorun əmək müqaviləsinə xitam verilmişdi.
Teleqraf.com xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən məlumata görə, sözügedən məktəbə yeni direktor təyinatı olub.
Belə ki, daha əvvəl Abşeron-Xızı Regional Təhsil İdarəsində metodist vəzifəsində çalışan Nuranə Vəliyeva direktor vəzifəsindən azad edilmiş Çinarə Atayevanı əvəzləyib.