19 Oktyabr 2022 16:36
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 65 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a averilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 751 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 407 nəfər müalicə olunaraq sağalıb, hazırda 409 aktiv xəstə var. Bu günə qədər 9 935 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 959, bu günə qədər isə ümumilikdə 7 296 340 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər