21 Oktyabr 2022 12:09
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Saziş parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, layihəni Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Deputat bildirib ki, saziş əsasən pensiya və təqaüdlərlə bağlı əməkdaşlığı nəzərdə tutur, ölkəmizin mövqeyinə uyğundur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov həmkarlarını layihəni dəstəkləməyə çağırıb.

2022-ci il aprelin 7-də Bakı və Belqrad şəhərlərində imzalanan saziş səsverməyə çıxarılaraq qəbul edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər