Binəli Yıldırımın qəzaya düşməsinə səbəb avtomobilin ön təkərinin yolda partlaması olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəyə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb. Onlar Mərkəzi Klinikaya yerləşdiriliblər.