22 Oktyabr 2022 16:53
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 56 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, nəticələri müsbət çıxan iki nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 822 908 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 601 nəfər müalicə olunaraq sağalıb, hazırda 370 aktiv xəstə var. Bu günə qədər 9 937 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 540, bu günə qədər isə ümumilikdə 7 303 826 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər