Birləşmiş Ərəb Əmirliklərinin şirkəti Azərbaycanda elektrik avtomat və sayğac istehsal edəcək.
Belə ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyi qeydiyyata alınıb.
İqtisadi Zonaların İnkişafı Agentliyindən Teleqraf.com-a daxil olan məlumatda deyilir.
Bununla Sənaye Parkının rezidentlərinin sayı 32-yə çatıb.
Şirkətin Azərbaycandakı nümayəndəliyinə müəssisənin inşası üçün Sənaye Parkında 1 hektar ərazi ayrılıb. İnvestisiya dəyəri 26 milyon manatdan çox olan müəssisədə 83 nəfər daimi işlə təmin ediləcək.