24 Oktyabr 2022 11:51
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Elektron məhkəmənin yeni versiyası hazırlanır".

Teleqraf.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı işlərə başlanılıb. İdarə rəisi xidmətlərin vətəndaşlara əlçatan olmasının zəruriliyini vurğulayıb. O, bu sahədə nazirliyin kifayət qədər uğurlarının olduğunu qeyd edib.

A.Səmədzadə həmçinin bildirib ki, yaxın günlərdə "mobil əhali" tətbiqi istifadəyə veriləcək və həmin tətbiq vasitəsilə vətəndaşlar arayışları ala biləcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər