Şəhid qardaşının banklara olan kredit borcu YAŞAT Fondu tərəfindən tam bağlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Oxu.az-a şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov məlumat verib.
O bildirib ki, Fondun təşəbbüsü ilə onun banklara olan bütün borcu ödənilib:
“Kifayət qədər böyük məbləğ idi. YAŞAT Fondu həmin kredit borclarını bağladı. Məbləğin dəqiq rəqəmini bilmirəm, amma kifayət qədər çox idi”.