Ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib.
Teleqraf.com xəbər verir ki, Elnur Məmmədov aspellyasiya şikayətində ona verilən ittihamda özünü təqsirli bilmədiyin göstərib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elnur Məmmədova 6 ay cəza kəsilib.
Qeyd edək ki, iddiaçı Müdafiə Nazirliyinin hüquq departamentinin rəisi Elçin Əliyev Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib
Elnur Məmmədov Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ittiham olunub.
Elnur Məmmədov son günlərdə sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid edib, bir sıra iddialar irəli sürməklə gündəmə gəlmişdi.
Müdafiə Nazirliyi isə açıqlama yayaraq, E.Məmmədovun nazirliklə bağlı iddialarını yalanlamışdı.