27 Oktyabr 2022 11:10
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevin ötən gün qurultaya xərclənən pulla bağlı sualı cavablandırarkən jurnalistləri təhqir etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı yenidən “Gununsesi”nə açıqlama verən Çingiz Abdullayev dediklərinə görə peşman olmadığını, sözünün üstündə dayandığını deyib.

“Mənim kimi birisinə o sualı vermək yersiz idi. Mən pul xərcləyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm”, - xalq yazıçısı bildirib.

Çingiz Abdullayev vurğulayıb ki, sözünün üstündə dayanır: “Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”.

AYB-nin qurultayı üçün ayrılan 203 min manatla bağlı sualı yazıçıya verməyi məhz AYB-nin sədri Anar Rzayev özü təklif edib. Belə ki, ilk olaraq həmin sual AYB sədrinə ünvanlanıb. Anar cavabında deyib ki, maliyyə işləri ilə məhz Çingiz Abdullayev məşğul olur və bu suala cavab verə bilər.

Çingiz Abdullayev isə bundan sonra ona ünvanlanan suala “Niyə ölmürsən, utanmırsan?” deyə qarşılıq verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər