27 Oktyabr 2022 18:20
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 36 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 849 nəfər müalicə olunaraq sağalıb, hazırda 309 aktiv xəstə var. Bu günə qədər 9 942 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 112, bu günə qədər isə ümumilikdə 7 313 756 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər