30 Oktyabr 2022 08:42
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı baş verən izdiham nəticəsində ölənlər və xasərət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Cənubi Koreyadakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, diplomatik nümayəndəliyimizin əməkdaşları hadisə baş verəndən sonra Cənubi Koreyada, xüsusən Seulda yaşayan Azərbaycan vətəndaşları ilə, habelə yerli səlahiyyətli qurumlarla davamlı əlaqədədir və məsələni nəzarətdə saxlayır.

"Səfirliyə daxil olmuş məlumatlara əsasən ölən, xəsarət alan və itkin düşmüş hesab olunanlar arasında Azərbaycan vətəndaşı yoxdur”,- məlumatda qeyd olunur.

Qeyd edək ki, Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində Hellouin bayramı zamanı baş verən izdiham nəticəsində 151 ölüb, 270 nəfər itkin düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər