"Hazırda Azərbaycanda qrip virusunun olması təsdiqlənməyib".
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, qrip və koronavirusa yoluxması ehtimal edilən şəxslərdən götürülən test nümunələri yoxlanılıb: “Lakin heç bir nümunədə qrip virusu aşkar edilməyib. Xəstələnən şəxslər kəskin respirator virus infeksiyalarına yoluxublar”.
T.Eyvazov bildirib ki, bu gün ölkədə koronavirusa yoluxma halında vəziyyət qənaətbəxşdir: “Hətta yoluxma sayları ikirəqəmlidir. Bu da pandemiyanın başladığı dövrdən bu günə qədər xəstələrin sayında ən aşağı rəqəmdir. Bilirik ki, xəstəliyi yüngül keçirənlər test üçün müraciət etmir. Statistika real olanı göstərməsə də, aktiv xəstə sayı çox deyil”.