4 Noyabr 2022 11:10
257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə Siyasi partiyalar haqqında qanunun ictimai müzakirəsi başlayıb.

Teleqraf.com xəbər verir ki, dinləmələrdə Milli Məclisin üzvləri, QHT rəhbərləri, partiya sədrləri iştirak edir.

Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib ki, müzakirələrdə qaldırılan fikir və təkliflərdən istifadə ediləcək.

O əlavə edib ki, son zamanlar ölkədə ciddi dəyişikliklər baş verib:

"İqtidar-müxalifət dialoqu uğurla davam edir. Parlamentdə müxalifət partiyalarının nümayəndələri komitələrdə rəhbər vəzifələr tutur. Siyasi partiyalar haqqında qanun 30 il əvvəl qəbul edilib, ona yenidən baxılmasına ehtiyac var".


Müəllif: Nemət

Oxşar xəbərlər