11 Dekabr 2014 12:12
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Corc Sorosun kefi belə istədi"

"Məşhur maliyyəçi Corc Sorosun adına bağlı olan Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun Bakı ofisi 2011-ci ildə bağlanıb".

Bunu Teleqraf.com-a açıqlamasında 2010-cu ilə qədər Fondun İdarə Heyərinin rəhbəri olmuş politoloq Zərdüşt Əlizadə bildirib. Onun sözlərinə görə, nümayəndəlik "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin sədrliyi dövründə bağlanıb: "“Mən 2005-ci ildən 2009-cu ilə qədər İdarə Heyətinin sədri olmuşam. 2011-ci ildə Fondu tədricən bağladılar. Əvvəlcə bircə səhiyyə proqramının işi davam etdirildi. Başa çatmayan layihələrlə əlaqədar bir neçə nəfər işdə saxlanılmışdı. Həmin proqram sona çatandan sonra ”Soros" tamamilə bağlandı və bütün işçilər azad edildi. 2010-ci ildən sonra binada bir müsahib, bir mühafizəçi qalmışdı. Faktiki olaraq işləmirdi. Məndə olan məlumata görə, onun binasını söküb yerində yenisini tikiblər. Fondun Azərbaycandakı işləri kənardan idarə olunurdu və İşçi Qrupu səviyyəsində iş görülürdü. Ola bilsin ki, indi hüquqi baxımdan ləğv edilib".

Z.Əlizadə bildirdi ki, fondun bağlanma səbəbi ona bəlli deyil: "Bu, Corc Sorosun şəxsi ofisi idi. Kefi belə istədi və etdi. 2011-ci ildə fondun regional koordinatoru Bakıya gəlmişdi və bizimlə görüşüb vəziyyəti öyrənmək istədi. Biz də dedik ki, heç nə dəyişməyib. Məsələ belə də qaldı".

Xatırladaq ki, "SOROS" Fondu Azərbaycanda 2011-ci ldə bağlanıb və buna səbəb kimi Fonddakı korrupsiya faktları göstərilib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər