4 Noyabr 2022 12:49
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təşəkkür edirəm ki, bizim də sözümüzü eşidirsiniz. Burada yeganə təklifim gender bərabərliyi ilə bağlıdır".

Teleqraf.com xəbər verir ki, bunu "Siyasi partiyalar haqqında" qanunun ictimai müzakirəsi zamanı hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O bildirib ki, qanunla siyasi partiyalarda qadınlarla bağlı kvota olmalıdır: "Bilinməlidir ki, qadınlar da təmsil olunur. Eləcə də bələdiyyələrdə. Baxın səhərdən burada ancaq kişilər danışır, qadınlara hələ söz vermirsiniz. Əlbəttə, təkliflər var və bunlar nəzərə alınacaq".

Tədbirin aparıcısı Fəzail İbrahimli isə deyib ki, kişilər evdə danışmaq imkanı az olduğu üçün burada danışırlar.


Müəllif: Nemət

Oxşar xəbərlər