4 Noyabr 2022 17:09
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ildən Azərbaycanda tələbələrin təqaüdləri orta hesabla 20% artırılacaq.

Teleqraf.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclaslarında səsləndirilən təkliflərə cavabında deyib.

O, müharibə veteranlarına verilən müavinətlərin indeksləşdirilməsi və ya artırılması məsələsinə də toxunub: “Bu məsələ daimi olaraq Azərbayan hökumətinin qarşısında duran prioritet məsələlərdən biridir. Müharibə əlilləri, şəhid ailələri, müharibə iştirakçılarına dəstək məqsədilə 2019-cu ildəki məbləğ təxminən 40 % artırıldı və indiki məbləğə bərabər oldu. Hazırda Azərbaycanda 170 mindən çox müharibə veteranı var. Onlar üçün çoxsaylı müxtəlif proqramlar etmişik və bunun da davamı gələcək. Ötən dövr ərzində 21 min müharibə iştirakçısı və əlilindən 8800-ü özünəməşğulluq proqramına cəlb olunub. 7000-i isə məşğulluq marafonu və müxtəlif alətlər vasitəsilə işlə təmin olunub və bu sahədə onlara qarşı göstərilən diqqət daimi olacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər