5 Noyabr 2022 09:43
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dəfn edilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə sabiq nazirin ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, F.Məmmədov noyabrın 3-də Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər