5 Noyabr 2022 12:10
287
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən iki məsələni demək istəyirəm. Birincisi deputat həmkarımız İsa Həbibəylinin AMEA-nın prezidenti seçilməsidir. Həmkarımızın bu şərəfli vəzifəyə seçilməsi bizi sevindirir. Ona uğurlar arzulayır, təbrik edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Daha sonra Xalq şairi Səmərqənd çıxışına görə spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib:

“Mən, sizin Səmərqənd görüşündə çıxışınızı dinlədim. Əlbəttə, çıxışlar normaldır, əsas deyil. Amma Ermənistan parlamentinin spikeri Simonyanın atmacalarından sonra anındaca yüksək səviyyədə cavab verməyiniz məni qürurlandırdı. Mən həmin tədbirə baxdım. Həmkarlarım da bilir ki, mədhiyyə deməyi, deputatın deputatı tərifləməsini sevmirəm. Amma o çıxışın qarşısında bu fikrimi deməyi özümə borc saydım. Sizə təşəkkür edirəm”.

Spiker Sahibə Qafarova isə deyib ki, onun bütün çıxışları cənab Prezidentin tezislərinə əsaslanır: “Təşəkkür edirəm, Sabir müəllim”.


Müəllif: Nemət

Oxşar xəbərlər