11 Dekabr 2014 12:54
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya universitetləri ilə BANM arasında əməkdaşlıq genişlənəcək

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq Bakı Ali Neft Məktəbində olub.

BANM-n İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı ali məktəbin rektoru Elmar Qasımov səfiri salamlayaraq, onu rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu dedi. Azərbaycanın Böyük Britaniya ilə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirən rektor Elmar Qasımov Azərbaycanla Böyük Britaniya arasındakı təhsil üzrə münasibətlərin inkişafında BANM-in də rol oynadığını qeyd etdi. Rektor Elmar Qasımov Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə Ali Məktəbin əməkdaşlığı çərçivəsində Universitetin müəllimlərinin burada imtahan prosesində yaxından iştirak etdiyini bildirdi. İrfan Siddiqin səfir kimi ölkəmizdə ilk görüşünü ali təhsil müəssisələri içərisində məhz Bakı Ali Neft Məktəbindən başladığını xatırladaraq, rektor E.Qasımov onu yenidən bu Ali Məktəbin tələbələri ilə görüşə dəvət etdi.

E.Qasımov bildirdi ki, BANM beynəlxalq neft-qaz şirkətləri ilə əməkdaşlıq edir və o, bu günlərdə bp-in regional prezidentinin Ali Məktəbin tələbələri ilə görüşünü məmnunluqla səfirin diqqətinə çatdırdı. O, dedi ki, bu ali təhsil ocağı gələcəkdə bp və bu kimi beynəlxalq neft-qaz şirkətlərinin əsas kadr potensialının təminatçısı olacaq. E.Qasımov BANM-də tədrisin bütünlüklə ingilis dilində aparıldığını qonağın diqqətinə çatdırdı. O, Azərbaycan üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələrin məhz BANM-i seçdiklərini bildirdi.

Rektor Elmar Qasımov BANM-də aparılan tədrisin və görülən işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin icrasına yönəldiyini vurğuladı. Hazırda dünyada ingilis dilinin artan rolundan danışaraq, o, beynəlxalq səviyyəyə qalxmaq üçün ingilis dilinin bir vasitə olduğunu və təhsil sahəsində də vacib amil kimi çıxış etdiyini dedi. Elmar Qasımov BANM-in British Council ilə əlaqələrindən söz açdı və bu qurumla ən sıx əməkdaşlıq edən ali təhsil müəssisəsi olduğunu vurğuladı. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə qurulan uğurlu əməkdaşlıq haqqında danışan rektor, həmçinin vurğuladı ki, bu baxımdan dünyanın inkişaf etmiş dövlətləri sırasında öncül yerlərdən birini tutan Böyük Britaniya elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması BANM üçün xüsusi maraq kəsb etməkdədir.

E.Qasımov Ali Məktəbin tikilməkdə olan, ən müasir tələblərə cavab verən kampusunun Qafqaz regionunda ən böyük kampus olduğunu və növbəti tədris ilində istifadəyə veriləcəyini bildirdi.

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq BANM-də olmaqdan məmnunluğunu bildirdi. Tələbələrlə görüşə dəvət etdiyi üçün rektor Elmar Qasımova təşəkkür edən səfir öz razılığını bildirdi. Böyük Britaniya və Azərbaycan arasında olan ikitərəfli münasibətlərdən danışan səfir iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini və bu əlaqələrin bütün sahələrdə, istər iqtisadiyyat, istərsə də, humanitar sahədə uğurlu olduğunu vurğuladı. Səfir Böyük Britaniya ilə Azərbaycan əlaqələrinin möhkəm olduğunu bildirdi. İlk görüşünü BANM-də başladığını məmnunluqla xatırlayaraq, bu günlərdə BANM-in ABB şirkəti ilə əməkdaşlıqla bağlı imzalanma mərasimində iştirakını da qeyd etdi.

Səfir İrfan Siddiq Ali Məktəbin Heriot-Vatt Universiteti ilə əlaqələrini təqdir edərək, BANM-in Heriot-Vatt Universiteti ilə əməkdaşlığından məmnunluq ifadə etdi. İki ölkə arasında, xüsusən təhsil müəssisələri arasında əlaqələrin genişlənməsində bu əməkdaşlığın digər universitetlərə nümunə olduğunu dedi. Səfir ali məktəbin gələcək inkişafında uğurlar arzuladı. O, Böyük Britaniyanın universitetləri ilə BANM arasında gələcək mümkün əməkdaşlıq perspektivlərinin də yüksək olduğunu bildirdi.

Sonda rektor Elmar Qasımov səfir İrfan Siddiqi “Fəxri qonaq” diplomu ilə təltif etdi. Qeyd edək ki, görüşdə, həmçinin Heriot-Vatt Universitetindən gələn müəllim heyəti də iştirak edirdi.


Müəllif:

Oxşar xəbərlər