5 Noyabr 2022 16:30
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim məqsədimiz regionda sabitliyin təmin olunmasıdır".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədovla birlikdə Şuşada keçirdiyi brifinqdə deyib.

O, bunun üçün nə lazımdırsa, edəcəklərini bəyan edib.

Türkiyənin vitse-prezidenti bildirib ki, hər kəs - xüsusilə gənclər Qarabağda və bölgənin ən gözəl şəhəri olan Şuşada olmalıdırlar: "Azərbaycana gəldiyim ilk gündən qonaqpərvərliyini nümayiş etdirən hər kəsə, o cümlədən həmkarım Əli Əsədova minnətdaram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər