"Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etməkdədir".
Teleqraf.com-un xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla birgə Şuşada keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən və ənənələrindən güc alır: "Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək zirvəyə çatıb. Bu gün Azərbaycanın müqəddəs şəhəri sayılan Şuşa şəhərini ziyarət etdik".