Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.
Teleqraf.com xəbər verir ki, Vətən müharibəsi iştirakçılarının, DTX-nin əməkdaşlarının, Xidmətin Heydər Əliyev adına Akademiyasının kursantlarının və DTX-nin hərbi hissəsinin əsgərlərinin iştirak etdiyi tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında vətənpərvərlik mövzusunda hazırlanmış mədəni proqram təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.