29 Oktyabr 2022 13:06
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Demokratik İnkişafın Təşviqi” İctimai Birliyi “Sözdən Əmələ” - İctimai yerlərdə zibil qutularının birgə monitorinqi və aşkarlanan problemlərin müzakirəsi” layihəsi çərçivəsində ikinci tədbirini keçirib. Ekoloji maarifləndirməyə həsr olunmuş tədbir Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 nömrəli otra məktəbdə baş tutub. Tədbirdə yuxarı sinif şagirdləri də iştirak edib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Tədbiri Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai – Siyasi və Humanitar Məsələlər Şöbəsinin baş məsləhətçisi Tariyel Didarov açıb.

Öncə torpaqlarımızın erməni işğalından azad edilməsində canlarından keçən şəhidlərin, o cümlədən məktəbin məzunu olan Elçin Ağasıyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri Çingiz Dadaşov çıxışı zamanı layihə haqqında məlumat verib. O, bildirib ki, 137 kənddən ibarət Xaçmaz rayonu Azərbaycanın ən gözəl rayonlarından biridir. Təbiəti gözəl olan bu rayonun gözəlliyi həm də ekologiyasının qorunması ilə ölçülür. Gənclərin borcu isə həm də təmizliyə riayyət etməkdir. O, qonşu ölkələrin təcrübəsindən nümunələr gətirərək, qeyd edib ki, gənclər bütün sahələrdə nümunəvi vətəndaş olmağa çalışmalıdırlar.

Layihənin eksperti Şaban Nəsirov bildirib ki, tədbirin məktəbdə təşkil olunması xüsusi əhəmiyyət kəsb edir: “Biz Xaçmazda parklarda monitorinq apardıq, kifayyət qədər təmiz rayondur. Gələcəkdə də bu təmizliyin qorunması siz gənclərin əlindədir. Bəzi vətəndaşlar düşünür ki, əllərindəki kiçik zibilləri yerə atmaqla ekologiyaya ciddi ziyan vurmayacaqlar. Amma hər şey kiçik zibillərin yerə atılmasından başlanılır”.

Ekspert yerə atılan polertilen torbaların ekologiyaya vurduğu ziyanlardan bəhs edib: “Bu torbaların tam çürüyüb torpağa qarışması üçün 100 il lazımdır. Xaçmaz dənizkənarı rayondur. Adətən çimərliyə gedən insanlar polietilen torbalarda ərzaq aparırlar. Bu torbalar dəniz sahilini, eləcə də Xəzər dənizini çirkləndirir. Həmin torblar zaman keçdikcə kimyəvi maddələrə çevrilir, radiasiya yaranır”.

Şaban Nəsirov qeyd edib ki, eləcə də digər xarakterli zibillər təbiətə ciddi ziyan vurur: “Ekologiyanın korlanması isə ölkəmizin turizm potensialını aşağı salır. Biz özümüz də xarici ölkələrə gedərkən çalışırıq ki, təmiz şəhərlərə üstünlük verək”.

Ekspertin fikrincə, bu məsələdə ictimai qınağın olması mühüm əhəmiyyət kəsb edir.

Xaçmaz Rayon İcra nümayəndəsi Tariyel Didarov bildirib ki, ekologiyaya yanaşmada fərdi tərbiyyənin də əhəmiyyəti böyükdür.

Tədbirin sonunda layihə rəhbəri Çingiz Dadaşov tədbirin təşkilində yaratdığı şəraitə görə Rayon İcra Hakimyyətinin başçısı Elnur Dadaşova, tədbirdə şəxsən iştirak edən icra nümayəndəsi Tariyel Didarova, məktəbin rəhbərliyinə təşəkkür edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər