Gəncədə tanınmış yazıçı, uzun illərdir elmi fəaliyyətlə məşğul olan ictimai xadim Müseyib Namazovun yeni kitabının təqdimatı keçirilib.
Teleqraf.com-un məlumatına görə, təqdimatda M.Namazovun yaxınları, şəhər ictimaiyyətinin üzvləri, tanınmış şəxslər iştirak ediblər. Yazıçının həyat yolu və çap edilmiş yeni "Qəlbimin döyüntüləri" kitabı haqqında fikirlərini bölüşən çıxışçılar M.Namazov barəsində xoş fikirlər bildiriblər.
Qeyd edək ki, Museyib Xəlil oğlu Namazov 1918-ci ildə Samux rayonunun Çobanabdallı kəndində anadan olub.
1941 ildə Böyük Vətən müharibəsinə gedib, 1943-cü ilə qədər böyük sücaətlə vuruşub. Bir sıra orden və medallarla təltif olunub. 1947-ci ildə Azərbaycan Kənt Təsərufatı İnstitutunun şərabçılıq fakultəsinə qəbul olub.1954–cü ildə disertasiya müdafiyyə edərək texniki elimlər namizədi elmi adını almışdır. Nizami adına üzümçülük savxozunda Aqranom-şərabçı, Zazalı şərab zavodunda baş şərabçı, Alabaşlı şərab zavodunda şərabçı texnoloq kimi fəaliyyət göstərib.1972-ci ildən bədii yadadıcılığa başlayıb və 1989-cu ilədək müxtəlif əsərlər yazıb.
Yeni çap edilmiş kitabda M.Namazovun ömrünün son illərində qələmə aldığı əsərləri cəmləşib.