Dünyanın ən məşhur mobil foto tətbiqi olan “Instagram” populyar insanların və markaların hesablarının həqiqiliyinin yoxlanılması məqsədilə saxta hesabları sistemdən siləcək.
Bu barədə şirkətin təsisçisi və icraçı direktoru Kevin Sistrom bildirib.
Saxta hesablar bu ilin əvvəlindən başlayaraq deaktivasiya edilirdi, lakin sistemdə hələ də qalırdılar. Yaxın həftələrdə isə tamamilə şəbəkədən silinəcək. Saxta hesablar həmçinin, izləyicilər siyasısından da pozulacaq.
Bundan başqa, “Instagram”da məşhurların və markaların hesabları “Facebook” və “Twitter” şəbəkələrindəki kimi xüsusi nişanla qeyd olunacaq.
“Instagram” istifadəçi sayına görə “Twitter”i geridə qoyub.
Belə ki, noyabr ayı ərzində Instagramdan ümumilikdə 300 milyon insan istifadə edib.
“Twitter”də bu göstərici 284 milyon nəfər olub. 2010-cu ildə Kevin Sistrom və Mayk Kriger tərəfindən hazırlanan mobil tətbiq 2012-ci ildə “Facebook” tərəfindən alınıb. “Instagram” üzərindən hər gün orta hesabla 70 milyondan çox fotoşəkil paylaşılır.
İLHAMƏ