Bu ilin noyabr ayı ərzində Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 7041 yeni abonent qeydiyyata alınıb.
Teleqraf.com-un məlumatına görə, bunun 5201-i Bakı, Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 1840-ı isə regionların payına düşüb.
Cari ilin noyabrında əhali sektoru üzrə 277386049 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 96,3 faiz vəsait toplanıb. 2014-cü ilin yanvar-noyabr ayları ərzində isə əhali sektoru üzrə 103,5 faiz vəsait toplanıb. Nəticədə bu ilin 11 ayında debitor borc 6,8 faiz azalıb.
01 dekabr 2014-cü il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 120009 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub, qeyri-əhali sektoru üzrə 266 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
Naibə Qurbanova