Abşeronda 8 Noyabr - Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş silsilə tədbirlər rayon ərazsində yerləşən icra nümayəndəlikləri, bələdiyyələr, orta və ali təhsil , səhiyyə və mədəniyyət müəssisələri, eləcədə Gənclər və İdman İdarəsinin tabeliyində olan idman klublarında da qeyd edilib.
“Zəfər kuboku” adlı rayon birinciliyi keçirildi
Abşeron Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Abşeronda Zəfər Gününə həsr olunmuş “Zəfər kuboku” adlı idmanın müxtəlif növlərində uşaqlar və yeniyetmələr arasında rayon birinciliyi təşkil edilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan yarışların açılış mərasimlərində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mükafatlandırılma mərasimlərində çıxış edənlər idmançıları Zəfər Günü münasibətilə təbrik edib, yarışın keçirilməsində əsas məqsədin rayonda idman növlərinə olan marağın artırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, uşaq və yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, həmçinin Zəfər Gününün rayonda təntənəli şəkildə qeyd olunmasından ibarət olduğunu bildiriblər.
5 idman növü; cüdo, dama, şahmat, uşu-sanda və karate üzrə keçirilən rayon birinciliyində 800-ə yaxın idmançı öz gücünü sınayıb. Yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçib.
Qaliblər Abşeron rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
Kollecdə şəhidlərimiz yad edildi
Bakı Mühəndislik Universitetində və Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib.
Abşeron RİH-nin səlahiyyətli şəxslərinində qatıldıqları tədbirlərdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şanlı qələbənin əldə olunmasını əks etdirən videoçarxlar nümayiş olunub.
Hər iki tədbirdə çıxış edən qazilər, şəhid ailələri və digər rəsmi şəxslər ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qələbəsi şərəfinə təsis olunmuş Zəfər Gününün böyük qürurla qeyd edildiyini diqqətə çatdırıb, şəhidlərin hər zaman ehtiramla anıldığını, şəhid ailə üzvləri və qazilərin qayğılarının dövlətimiz tərəfindən daim diqqətdə saxlanıdlğını bildiriblər.
Çıxışlardan sonra vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
“Vətəni tanı” xəritə “puzzle” yarışması
Abşeron Rayon İcra Hakimiyyətinin və Gəclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin birgə təşkilatçılığı ilə şagirdlər arasında “Zəfər Günü”nə hərs olunmuş “Vətəni tanı” xəritə “puzzle” yarışması keçirilib. Xırdalan Şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron sektorunun əməkdaşları, qazi və Vətən Müharibəsi iştirakçıları iştirak edib.
Gəclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyininin drektoru Nigar Abdullazadə və digər çıxış edənlər bildiriblər ki, yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında milli vətənpərvərlik təbliğatı aparmaq, vətənə, xalqa bağlılığını artırmaq və ölkəmizin daha dərindən öyrənilməsidir.
Yarişmada 14 yaşdan yuxarı olmaqla 5 nəfərlik tərkib ilə Xırdalan şəhərində fəaliyyət göstərən 10 tam orta məktəbin komandaları iştirak edib. Xırdalan şəhər 6 saylı tam orta məktəbin komandası birinci yerə layiq görülüb. İkinci yeri isə Xırdalan şəhər 10 saylı məktəbin təmsilçiləri tutub.
Qaliblərə sertifikatlar və hədiyyələr təqdim olunub.