8 May 2014 20:36
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunun Vahidli kəndində orta məktəbdə uşaqlar arasında zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf.com Kəpəz TV-yə istinadən məlumat verir ki, zərərçəkənlərin valideynlərinin sözlərin görə, 7 uşaq məktəbdə suxarı yedikdən sonra onlarda ürəkbulanma, qusma halları baş verib. Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan şagirdlərə tibbi yardım göstərilib.

Onlardan ikisinə - 9 yaşlı Murad Hacıyev və 10 yaşlı Yəhya Hacızadəyə vəziyyətləri daha ağır olduğu üçün sistem köçürülüb.

Xəstəxananın həkimi Aybəniz Dəmirovanın sözlərinə görə, hazırda xəstələrin vəziyyəti normaldır.


Müəllif: