Keniyada gənc qızların qadınlığa aparan ənənəvi mərasimdə onlar mal-qara ilə dəyişdirilir. Qadınların zorla ərə verildiyi mərasimdən çəkilmiş fotolar bir çox insanları hiddətləndirib. Publika.az Keniyada zorla qızların ərə verildiyi tükürpədici fotoları təqdim edir.
Ataları tərəfindən 20 keçi, 3 dəvə və 10 inəyə dəyişdirilən tayfanın ənənəvi geyimində olan qadınlar əl-qol ataraq mübarizə aparır, kişilərin əlindən çıxmağa çalışırlar.
Qızların əksəriyyəti pokot tayfasındandır. Mərasimin keçirilməsindən bir ay əvvəl qızlar izolyasiya şəraitində saxlanılır. Gələcək ər gəlib onu aparana qədər qızın sövdələşmədən, konkret desək, atası tərəfindən satılmasından xəbəri olmur.
Mərasim günü qızların çoxu qaçmağa çalışırlar. Elə ona görə də, qızlar satılana qədər izolyasiya şəraitində saxlanılır.
Qəddar mərasim səhərdən axşama kimi davam edir. Adətən, mal-qara ilə dəyişdirilən qızların yaşı 14 olur. Keniya qanunvericiliyinə görə, uşaq evliliyi qadağan olunub. Lakin tayfa dövlət qanunlarına məhəl qoymur. Pokot tayfası müasir Keniyada barbar hesab olunur.
Mərasim zamanı qızlar səhərdən axşama – mal-qara ilə dəyişdirilənə qədər gözləyir və rəqs edirlər. Sonda isə böyüklərin müşayiəti altında bütün oğlan və qızlar rəqs edir.
Fotolarda isə qızların qanunsuz şəkildə mal-qara ilə dəyişdirilməsi və zorla ərə verilməsi öz əksini tapıb. Göründüyü kimi, qızların özləri də bu mərasimdən razı qalmır və ticarət sövdələşməsi bitdikdən sonra ər evinə aparılmağa etiraz edirlər.
Mərasimdə həmçinin kəl də seçilərək öldürülür. Bununla da, tayfa oğlanların yeniyetməliyə qədəm qoyduğunu bayram edir.
Qeyd edək ki, pokot tayfası qızların sünnəti ilə də tanınır. Qızların cinsi orqanı qayçı, ülgüc və şüşə ilə kəsilir. Sonra isə yaranın sağalması üçün qadınların ayaqları bir-birinə bağlanır.
Lakin tez-tez qızlar qanaxma və infeksiya ucbatından həlak olurlar. Qızlar sağ qalsa belə, ağrı və narahatlıq ömrü boyu qalır. Əsasən də, onlarda doğuşla bağlı problemlər yaranır.