11 Noyabr 2022 11:06
281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, gündəlikdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi yer alıb.

Müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, maliyyə naziri Samir Şərifov, dövlət rəsmiləri və deputatlar iştirak edirlər.

İclasa Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli moderatorluq edir.

Müzakirələrdə deputatlar çıxış edərək dövlət büdcəsi ilə bağlı təkliflərini səsləndirəcəklər.


Müəllif: Nemət

Oxşar xəbərlər