11 Noyabr 2022 11:42
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərişıq” ASC növbəti dəfə elektrik enerjsinin talanması faktını aşkara çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, qeyri-əhali abonenti olan şəxs elektrik sayğacına bu dəfə daha çox rast gəlinən üsullarla yox, daha gizli bir variantla müdaxilə edib. Sayğaca aylıq baxış zamanı isə bu xoşagəlməz hal müəyyən olunub. Yoxlama zamanı məlum olub ki, sayğacın arxa hissəsindən xüsusi dəlik açılaraq, sayğacın kontaktrının kommunikasiya naqilləri kəsilib.

“Azərişığ”ın müvafiq strukturları bu istiqamətdə mütəmadi manitorinqlər keçirir və istənilən neqativ halların qarşısı alınır. Üstəlik, istismara verilən sayğaclar müasir və rəqəmsal olduğundan bütün müdaxilə halları sayğacın yaddaş blokunda əks olunur. Laboratoriya şəraitində sayğaclara proqram əlavəsi tətbiq olunaraq həmin müdaxilə halları detallı şəkildə təsdiqini tapır.

Kənar qoşulmalar təkcə elektrik enerjisinin talanması, ödənməli olan məbləğdən yayınmaq demək deyil. Bu həm də elektrik təsərrüfatına ziyanın vurulması ilə nəticələnir, digər abonentlərin də keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına maneələr yaradır.

"Bütün abonentlərimizi xəbərdar edirik ki, elektrik sayğaclarına müdaxilə aşkar olunarsa, həmin vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görüləcək", - deyə səhmdar cəmiyyəti bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər