Bu gün Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Şimali Kipr Türk Respublikasında 2-ci Zirvə toplantısı keçirilir.
Teleqraf.com xəbər verir ki, ŞKTR dövlət təmsilçilərinin, bir sıra nazirlərin, Kipr Birinci xanımının qatıldığı toplantıya Türkiyənin, ŞKTR-nin çoxlu sayda sahibkar xanımları, iş adamları toplaşıb.
Azərbaycanı AQSİA İcraçı Katibi, Əməkdar jurnalist Mətanət Ağamirli təmsil edib. Tədbirdə qadın iqtisadi özgürlüyünün təmin olunması, qadın Sahibkarlığının inkişafı və Türkiyə-ŞKTR- Azərbaycan işgüzar xanımlarının əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.