Xəzər TV-nin çəkiliş qrupu 1 həftə ərzində Gürcüstanda olub. İranın bu ölkədə soydaşlarımız arasında apardığı antimilli siyasəti yerindəcə araşdırıb.
Teleqraf.com xəbər verir ki, çəkiliş zamanı deputatların, ağsaqqalların, ziyalıların və din xadimlərinin fikirləri öyrənilib, aşağıdakı suallara cavab axtarılıb:
Soydaşlarımız İranın təsirinə necə düşürlər?
Dini təhsil adı ilə Gürcüstandan İrana aparılan gənclər hansı siyasi məqsədlərə alət edilir? Nifaq toxumları necə səpilir?
İranın bu ölkədə güclənməsinin səbəbi nədir?
İranda yetişdirilən bəzi din xadimləri geri qayıtdıqda da İran fanatizmindən əl çəkmirlər.
2011-ci ildə yaradılan Gürcüstan Müsəlmanları İdarəsinin azərbaycanlı olan ilk şeyxi niyə istefa verməyə məcbur oldu? Din üzərindən hansı oyunlar oynanılır?
Gürcüstandakı soydaşlarımızın İran-Ermənistan yaxınlaşmasına münasibəti necədir?
Gürcüstanın dini məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze bu ölkədə baş verənlərə necə reaksiya verib?
Tezliklə "Xəzər Xəbər"in xüsusi buraxılışını izləməyi unutmayın.