8 May 2014 22:04
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cazibədarlığı ilə göz qamaşdıran Hollivud ulduzu Ancelina Coli yeni fotosessiya etdirib.

Bir çox brendlərin siması olan 38 yaşlı aktrisa bu dəfə “Elle Us” jurnalı üçün fotokamera qarşısına keçib. Ağ-qara üslubda fotosessiya etdirən ulduz şəkilləri ilə yanaşı jurnala maraqlı müsahibə də verib. Şəxsi həyatı barədə danışmağı xoşlamayan Coli ilk dəfə olaraq toyu barədə danışıb. Yaxın müddətdə ailə həyatı qurmağı planlaşdıran cazibədar xanım ilk dəfədir ki, toy planlarından danışıb.

Aktrisa bildirib ki, bəzən Bred Pittlə nişanlı olduğunu unudur:

“Uşaqlar daha çox toyun intizarındadırlar, amma bu gecənin nə zaman reallaşacağı məlum deyil. Bu, çox qeyri-adi vəziyyətdir. Biz 8 ildir evlənməyə hazırlaşırıq. Bu ideya uşaqların çox xoşuna gəlir, onlar düşünəndə ki, ata və ana evlənəcəklər xoşbəxt olurlar”./anspress/


Müəllif: