14 Noyabr 2022 12:34
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Azərbaycanda İran hökumətinə işləyən casus şəbəkələrinin ifşa edilməsinə münasibət bildirib.

Teleqraf.com-un xəbərinə görə, o, jurnalistlərə açıqlamasında qeyd edib ki, belə hallar əvvəllər də olub.

"Bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və belə təhdidlərin qarşısı zamanında alınacaq. Birmənalı deyə bilərik ki, Azərbaycanda əməliyyat şəraiti, o cümlədən dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək", - o qeyd edib.

Komitə sədrinin müavini söyləyib ki, İran tərəfindən Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil: “Müstəqilliyimizin ilk illərindən başlayaraq belə hallar baş verir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər