14 Noyabr 2022 13:54
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qardaş Türkiyədə terror aktı həyata keçirilib. İstanbulun mərkəzində, Taksimdə törədilmiş partlayış nəticəsində onlarla dinc soydaşımız həyatını itirib və yaralanıb. Qardaş Türkiyə xalqına başsağlığı verir, həyatını itirmiş şəxslərin ailələrinə və yaxınlarına səbir diləyir və yaralılara tezliklə sağalmağı arzulayıram.”-

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Cavanşir Feyziyev bildirib.

“Şübhəsiz ki, belə acımasız bir vəhşilik aktının arxasında Türkiyənin apardığı siyasətə qarşı çıxan və ölkədə sabitliyi pozmaq istəyən düşmən qüvvələr dayanır.” – millət vəkili qeyd edib.

“Amma onlar heç zaman öz istəklərinə nail ola bilməyəcəklər. Türkiyə dünyanın lider dövlətlərindən biri kimi öz siyasətini öz xalqının milli maraqlarına uyğun şəkildə aparmaqda davam edəcək. Bu gün bütün dünya türklüyünün birlik yoluna çıxdığı bir zamanda heç bir qüvvə Türkiyəni və türkləri heç bir təzyiqlə qorxuda və öz yolundan döndərə bilməz. Türklərin özünə, kəndinə döndüyü bir zamanda yaşayıyırıq. Bütün dünya bilir ki, Türk özünə dönəndə necə möhtəşəm olur. Türklərin min illərə dayanan tarixi mübarizəsi dəfələrlə bunu bütün dünyaya sübut edib. Bu gün də kədəri bir, sevinci bir, qədəri bir olan dünya türkləri beynəlxalq terrorizmin təzyiq və təhdidlərinə qarşı birlikdə dayanır. Terrorçular və onları dəstəkləyən qüvvələr bilsinlər ki, Türkiyəyə əl qaldırmağa cəsarət edən istənilən qüvvə bütün türk dünyasının birləşmiş Dəmir Yumruğu ilə rastlaşacaq.”- deyə millət vəkili bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər