14 Noyabr 2022 14:28
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov işdən çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.

O, bundan sonra fəaliyyətini "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində davam etdirəcəyini bildirib.

Qeyd edək ki, E.Kələntərov 2020-ci ilin yanvar ayında qurumun İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. O, daha əvvəl həmin idarənin rəis müavini vəzifəsində çalışıb. E.Kələntərova ötən il polkovnik rütbəsi verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər