Fransa Senatı tərəfindən qəbul edilən qətnaməni pisləyirik və rədd edirik. Bu, beynəlxalq hüququn pozulması, Azərbaycanın ərazi bütövlüyünə qarşı addımdır. Fransa beynəlxalq hüququ ayaq altına atır. Bu, Senat tərəfindən qəbul olunan əsassız sənəddir”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin iclasında deputat Tural Gəncəliyev deyib.
O qeyd edib ki, Fransa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən tanınan və istinad edilən beynəlxalq hüququn mənbələrinə zərbə vurur: “Bundan sonra Fransanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi hansı hüquqdan danışacağı maraqlıdır. Senatın sənədi nəinki sülhə xidmət etmir, eyni zamanda hazırda regionda normallaşma prosesinə zərər verir. Bu qətnaməsinin qəbulu həm də Ermənistandakı revanşist qüvvələrin əl-qolunu açır”.
Deputat deyib ki, Yelisey sarayında xarici siyasətlə məşğul olanlar bu sənədin qəbulundan əvvəl Sarbona universitetinin hüquq fakültəsinin tələbəsini dəvət edib onlardan məlumat alsaydılar, daha yaxşı olardı.
“Yeni Napoleonlar belə davam edəcəklərsə, qarşılarında yeni Vaterlo görəcəklər. Azərbaycan öz ərazisində hansısa şəkildə qeyri-qanuni hərəkətlərə yol verə bilməz”, - deputat əlavə edib.