“Sahibə xanım, xahiş edirəm ki, sabah bir saatlıq imkan yaradasınız ki, iclas keçirilsin, deputatlar Fransa və İranın Azərbaycana qarşı düşmən siyasətinə dair fikirlərini ifadə etsin”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxış edən Fəzail Ağamalı təklif edib.
O qeyd edib ki, bir saatlıq müzakirələrdən sonra müvafiq bəyanat qəbul oluna bilər.