16 Noyabr 2022 17:05
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz şanlı Zəfərin ikinci ildönümünü qeyd edirik. Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində fəaliyyətini davam etdirir. 2022-ci ildə qlobal iqtisadiyyatda geosiyasi gərginliklər fonunda baş verən proseslər ölkəmizdən yan keçməyib. Cari ildə tədiyə balansı müsbət olub. 9 ayda xarici ticarətdə müsbət saldo 19,2 milyard ABŞ dollarına çatıb. Mərkəzi Bankın ehtiyatları 7,3 faiz artaraq 10 milyarddan çox olub. İllik inflyasiya 15,6 faiz təşkil edib. İnflyasiyanın 80-90 faizi xarici amillərlə bağlıdır. Hazırda valyuta bazarında tarazlıq müşahidə edilir və bu da məzənnə balansını sabitləşdirir. Pul siyasətində ötürücülüyün gücləndirilməsi üçün bir sıra tədbirlər görülüb. Sentyabrdan pul bazarında infrastruktur təzələnib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O bildirib ki, sahibkarların maliyyə çıxışı diqqətdə saxlanılır, biznes kreditləri 12 faiz artıb:

“Manata inam artıb. Manatla əmanətlər 29,5 faiz yüksəlib. Valyutada kreditlərin payı 4 faiz azalaraq 22 faizə enib ki, bu da tarixi minumumdur. Ödənişli kartlarla nağdsiz ödənişlər 16,5 milyarda çatıb”.

Mərkəzi Bankın sədri əlavə ki, 2023-cü il dövlət və icmal büdcəsi layihəsi əsas çağırışlara cavab verir:

“Mərkəzi Bank növbəti ilin büdcəsinin təhlilini müsbət qiymətləndirir. Neft gəlirləri növbəti ildə maliyyə bazarını dəstəkləyəcək. 2023-cü ildə büdcə kəsirinin azaldılması müsbət haldır. Növbəti ildə inflyasiya azalacaq. Biz 2023-cü ildə neft və qeyri neft sektorunda artım olacağını proqnozlaşdırırıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər