Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərovanın bacısı dünyaya gəlib.
TƏBİB-dən Teleqraf.com-a verilən xəbərə görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 11.11.2022-ci il tarixində pasiyent Mətanət İsgəndərova dördüncü keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 3 kq 100 qr çəkisi, 50 sm boyu olan körpəyə bacısı Aysunun adı qoyulub.
Uğurlu keçən əməliyyatı tibb üzrə fəlsəfə doktoru, həkim-cərrah Teymur Əlləzov həyata keçirib.
Əməliyyatdan sonra körpənin və ananın vəziyyəti yaxşı olub. Onlara bir neçə gün ərzində zəruri tibbi xidmətlər göstərilib və artıq evə buraxılıb.