12 Dekabr 2014 10:35
1 885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki penitensiar müəssisəsində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Şəkidəki Heydər Əliyev Mərkəzinə baş çəkən müəssisə əməkdaşları ümummilli lider Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoyub, dahi şəxsiyyətin həyat və yaradıcılığını əks etdirən fotostendlərlə tanış olublar.

Əməkdaşlara Heydər Əliyevin ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyevin siyasi və ictimai fəaliyyəti istər sovet, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində faydalı olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər