“Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi" haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, layihəni Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Komitə sədri bildirib ki, gələn il üçün ehtiyac meyarı 246 manat təklif edilir:
"Bu, cari ildəkindən 46 manat və ya 23 faiz çoxdur. Ehtiyac meyarı aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mexanizmdir. Bu, 2007-ci ildən tətbiq edilir. Ötən il Azərbaycanda inflyasiya 13 faizi olub, hökumət gələn il üçün inflyasiyanı yarıbayarıya endirməyi məqsəd qoyub. Biz də ehtiyac meyarının qaldırmışıq”.
Daha sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.