18 Noyabr 2022 12:53
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İsraildə səfirlik açır.

Teleqraf.com xəbər verir ki, parlamentdə “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunur.

Bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, İsrail 44 günlük vətən savaşında Azərbaycana dəstək verib və bu ölkə ilə əlaqələr yüksək səviyyədə qurulmalıdır: "Böyük qürur hissi ilə qanun layihəsini müzakirə etdik, həmkarlarımdan qanun layihəsinə müsbət münasibət göstərməyə xahiş edirəm".

Komitə sədri həmçinin “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihəsini təqdim edib.

O qeyd edib ki, Fələstində belə təmsilçiliyin açılması müsbət hadisədir, Azərbaycanın haqq səsinin dünyada dəstəklənməsi baxımından əhəmiyyətli olacaq.

***

12:21

Bu gün plenar iclasda “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov özünün Feysbuk səhifəsində yazıb.

O vurğulayıb ki, sözügedən layihədən dərhal sonra “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər