18 Noyabr 2022 16:45
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 20-də Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Astana şəhərinə səfərə gedib.

Bu barədə Teleqraf.com-a MSK-dan məlumat verilib.

Bildirilib ki, Azərbaycan MSK nümayəndə heyətinin qarşıdan gələn növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirakı Qazaxıstan MSK-nın sədri Nurlan Abdirovun dəvətinə əsasən gerçəkləşdirilir.

Səfər çərçivəsində MSK-nın sədri Məzahir Pənahovun qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, ali seçki qurumları arasında əlaqələrin, qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsinin inkişaf perspektivləri və seçkilər sahəsində maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

MSK-nın nümayəndələri Qazaxıstanın paytaxtında yerləşən seçki məntəqələrində müşahidə aparacaq və səsvermə günü proseslərini izləyəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər