Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə ABŞ-ın Beynəlxalq Aerokosmik Mühəndislik Korporasiyası (IAEK) mina və partlayıcı sursatların təmizlənməsi sahəsində əməkdaşlıq edəcək.
Teleqraf.com xəbəe verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, “Mina təhlükəsi ilə mübarizə: çağırışlar və imkanlar” mövzusunda Bakıda keçirilən beynəlxalq tədbir çərçivəsində bununla bağlı tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.