12 Dekabr 2014 12:15
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 18-də saat 10:00-da Nazirliyin Yevlax rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Mingəçevir, Naftalan şəhərlərinin, Goranboy və Ağdaş rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Vətəndaşlar nazirliyin elektron poçt ünvanı və müvafiq telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Mingəçevir, Naftalan şəhərlərindən, Goranboy və Ağdaş rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Yevlax rayonuna aparılıb gətirilmələri təmin olunacaq.

Naibə


Müəllif:

Oxşar xəbərlər