12 Dekabr 2014 12:41
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təlimçilər üçün təlimçi”

Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən təlimçilər üçün keçirilən ikinci təlim kursu başa çatıb.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, İctimai Səhiyyə və İslahatlar Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun, həmçinin Təhsil Problemləri İnstitutunun əməkdaşları üçün “Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi” mövzusunda təşkil olunmuş təlim kursu üç gün davam edib. Təlimin sonunda kursu uğurla başa vuran 25 nəfərə “təlimçilər üçün təlimçi” sertifikatı təqdim olunub.

Xatırladaq ki, təlimlərin keçirilməsində məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunmasına, yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.

Təlimlər Təhsil Nazirliyinin baş məsləhətçiləri Elnur Əlizadə, Vəfa Yaqublu, həmçinin Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşları Nabil Seyidov, Teymur Hüseynov, Afət Məmmədova və Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dosenti Gülarə Hüseynova tərəfindən aparılıb.

NİGAR


Müəllif:

Oxşar xəbərlər